FUA — Construction · Renovation · Property

FUA Building Group · Bakı

Alqı-satqıdan təmirə qədər — bir komanda

Mənzil və obyektləri təmir edir, prosesi açıq göstərir və hazır əmlakı satırıq. Memarlar, dizaynerlər və peşəkar ustalar bir komandada.

  • Planlamadan təhvilə qədər
  • Foto və video hesabatla
  • Qiymət — razılaşma yolu ilə
Hazır iş · FUA təmiri

Xidmətlər

Sizə necə kömək edək?

01

Təmir etdirmək istəyirəm

“Smeta böyüyəcək, usta işi yarımçıq qoyacaq.”

İşə başlamazdan əvvəl plan və aydın smeta. Hər mərhələni foto və videoyla göstəririk, əlavə iş yalnız sizin razılığınızla.

Təmir üçün müraciət
02

Mənzilimi satmaq istəyirəm

“Təmirsiz ucuz gedəcək, təmirə isə vəsait yoxdur.”

Təmir xərclərini öncədən biz öz üzərimizə götürürük. Hesablaşma — mənzil satıldıqdan sonra.

Mənzili qiymətləndirin
03

Ev almaq istəyirəm

“Təzə təmirin altında nə gizlənir?”

Satdığımız obyektləri özümüz təmir edirik və divarın içində nə olduğunu göstəririk. Büdcənizə uyğun seçimi birlikdə edək.

Satışdakı əmlaklar

FUA təklifi

Təmir bizdən, hesablaşma satışdan sonra

Mənzil təmirsiz olanda alıcı az təklif edir. Biz təmiri öz vəsaitimizlə edirik, mənzil satılandan sonra hesablaşırıq.

Mənzilimi təklif edirəm

Şərtlər hər obyekt üçün ayrıca razılaşdırılır.

  1. 1

    Baxış və qiymətləndirmə

    Obyektə baxır, təmirin həcmini və satış imkanını birlikdə qiymətləndiririk.

  2. 2

    Təmir FUA-nın hesabına

    Xərcləri öncədən biz qarşılayırıq, prosesi siz foto və videoda izləyirsiniz.

  3. 3

    Satış və hesablaşma

    Hazır mənzili birlikdə satırıq, hesablaşma satışdan sonra aparılır.

Açıq proses

Gizli heç nə yoxdur

Hər obyekti sökülmədən təhvilə qədər çəkirik: altında nə var idi, hansı qərarı verdik, keyfiyyəti necə yoxladıq. Alıcı nə aldığını, sifarişçi isə necə işlədiyimizi görür.

Prosesi Instagram-da izləyin →
Təmir prosesi — obyektdə söküntüdən sonra
Proses — obyektdə
Hazır təmir — işıqlı dəhliz
Nəticə — hazır iş

Necə işləyirik

Beş addımda təmir

  1. 01

    Müraciət

    WhatsApp və ya forma ilə sahəni, ərazini və mənzilin fotosunu göndərin.

  2. 02

    Obyektə baxış

    Mütəxəssis obyektə gəlir, ölçü götürür və vəziyyəti qiymətləndirir.

  3. 03

    Plan və smeta

    İşlərin və materialların siyahısı aydın yazılır. Qiymət — razılaşma yolu ilə.

  4. 04

    Təmir

    Hər mərhələ foto və video hesabatla. Əlavə iş yalnız sizin razılığınızla.

  5. 05

    Təhvil

    Birlikdə yoxlayırıq, gizli xətlərin sxemini və sənədləri təhvil veririk.

Daşınmaz əmlak

Yüklənir…

Faydalı

Təmir haqqında sadə dillə

Instagram və TikTok-da təmirin bir sualını qısa videoda izah edirik — material seçimindən təhvilə qədər.

  • HesablaBir qutu laminat neçə kvadratmetrdir?
  • MaterialPlitə yapışdırıcısında C1, C2, S1 nə deməkdir?
  • ProblemPəncərə otaq tərəfdən, yoxsa şüşələrin arasından tərləyir?
  • SantexnikaHamam təmizdir, kanalizasiya qoxusu haradandır?
FUA Building Group ofisi

Haqqımızda

FUA Building Group

Construction · Renovation · Property. Bakıda daşınmaz əmlakın bütün yolunu bir komandada keçirik: obyektin seçimi, təmir və satış.

Komandamızda memarlar, dizaynerlər və peşəkar ustalar çalışır. Bizim üçün əsas məsələ — sizə düzgün qərar verməkdə kömək etməkdir.

Əlaqə

Müraciət edin

Sahəni, ərazini və mənzilin hazırkı vəziyyətini yazın — ilkin qiymətləndirmə üçün sizinlə əlaqə saxlayaq.

Müraciət növü